ƏRDOĞANA QARŞI 4 PARTİYA BİRLƏŞDİ

Baxış sayı:
3604

Türkiyədə 2019-cu ilin martında keçiriləcək bələdiyyə seçkiləri və noyabrda baş tutacaq prezident və millət vəkili seçkilərində 4 siyasi partiya ittifaq qurmaq barədə qərar qəbul edib.
Muxalifət.az xəbər verir ki, bu barədə “CNN Türk” yazıb.
Ədalət, Ana Vətən, Doğru Yol, Haqq və Ədalət partiyaları ittifaq yaratdıqlarını açıqlayıblar.
Qeyd edək ki, 2019-cu ildəki seçkilərdə AKP-MHP-nin də ittifaq halında iştirak edəcəyi açıqlanmışdı.