Ərdoğana Nyu Yorkda etiraz edən şəxsi döydülər - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu Yorka səfəri çərçivəsində ötən gün türk icması qarşısında çıxışı zamanı baş verən insidentin görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, Türk-Amerika Milli Yönləndirmə Komitəsi tərəfindən keçirilən toplantıda iki nəfər Ərdoğana etiraz edib, Türkiyə liderinin ünvanına “you are terrorist” (Sən terrorçusan) deyib.
Etirazçıların bu sözləri toplantı iştirakçılarının qəzəbinə səbəb olub. İştirakçılar etiraz edən şəxsləri döyüb və toplantının keçirildiyi məkandan çıxarıblar.
Qeyd edək ki, etirazçının provokasiyası zamanı Türkiyə lideri iştirakçıları sakitliyə çağırmış və “Bir neçə həddini bilməyən şəxsə görə toplantımızı fəda edən deyilik” deyə bildirmişdi.