Ərdoğana HÜCUM ETMƏYƏ BAŞLADILAR

Baxış sayı:
6958

Türkiyədə keçiriləcək seçkilərə istiqamət vermək istəyən Avropa, prezident Ərdoğan əleyhində təbliğatı sürətləndirib.
 
Türkiyədə keçirilən bütün seçkilərə müdaxilə etməyə çalışan Avropa mediasının hədəfi yenə də prezident Rəcəb Tayyib Ərdoğan oldu.
Fransada nəşr edilən “Le Point” jurnalı bu həftə üz qabığına Ərdoğanı çıxarıb.
 
PARİS KÜÇƏLƏRİ DÖYÜŞ MEYDANI
 
Parisdə davam edən nümayişləri görməzdən gələn jurnal, ölkədə yaşayan Türk vətəndaşlarının səs seçimini dəyişmək üçün çirkli bir kampaniyaya başlayıb.
Prezident Ərdoğanı diktator adlandırmaqla jurnal, Türkiyədə vəziyyətin pis olduğunu yazıb.
Müxalifət.az