Ərdogana görə Almaniyada futbol matçı ertələnəcək

Baxış sayı:
6085

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 28-29 sentyabr tarixlərində Almaniyaya reallaşdıracağı səfər, Bundesliganı bəzi dəyişikliklər etməyə məcbur edib.
 
Almanların yüksək tirajlı qəzeti “Bild”-də yer alan xəbərə görə, Angela Merkellə görüşmək üçün Berlinə səfər edəcək Ərdoğana görə, 28 sentyabrda oynanılması planlaşdırılan “Hertha” Berlin-“Bayern” Münhen matçının təxirə salınması gündəmə gəlib.
Qəzetə danışan Berlin Polis rəisi, Ərdoğanın səfəri münasibətilə geniş təhlükəsizlik tədbirləri alınmasının gündəmdə olduğunu və bu səbəblə “Hertha” Berlin - “Bayern” Münhen matçının da daha irəli bir tarixə keçirilə biləcəyini deyib.
Qeyd edək ki, Ərdoğan, 23-27 sentyabrda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasında iştirak etmək üçün ABŞ-da olacaq. Prezident, Birləşmiş Ştatlardan qayıdışında isə Almaniyaya səfər edəcək.
Müxalifət.az