Ərdoğan Yeni Zelandiya hücumunun video görüntülərini nümayiş etdirib

Baxış sayı:
4474

Yeni Zelandiya xarici işlər nazirinin Türkiyəyə səfərinə bir gün qalmış Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı şəxsin Kraystçörçdəki məscidə girərək, insanları qətlə yertirdiyi videonu nümayiş etdirib.
 
Yeni Zelandiya hökuməti hazırda həmin hücumların görüntülərinin yayılmasının qarşısını almağa çalışır.
Ərdoğan videonu Eskişəhirdə keçirilən seçki yürüşündə etdiyi çıxışı zamanı nümayiş etdirərək, bunun Türkiyəyə təhdid olmadığını deyən müxalifəti tənqid edib.
Ərdoğanın bu videonu mitinqlərdə nümayiş etdirməsi xaricdə hiddət doğurub.
Onun Yeni Zelandiya hücumunu qlobal anti-müsəlman ab-havasına dəlil kimi qiymətləndirməsi, müsəlmanlara qarşı olan avstraliyalılar və yeni zelandiyalıları nəzərdə tutaraq ölkəsinə hücum etməyə cəhd edənlərin “tabutda” geri göndəriləcəkləri barədə hədəsi də gərginliklərə səbəb olub.
Ərdoğanın sözçüsü ifadənin "kontekstdən kənar" istifadə edildiyini deməsindən sonra Avstraliya ilə münasibətlərin tərdicən yoluna qoyulduğunu bildirib.