​Ərdoğan Venesuelaya sahib çıxdı: Xarici müdaxilə...

Venesuelaya xarici müdaxilənin doğru olmadığını bəyan edirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan venesuelalı həmkarı Nikolas Madura ilə görüşündən sonra mətbuat konfransı zamanı deyib.
“Xalqın iradəsindən üstün güc yoxdur. Arzu edirik ki, Venesuelada yaşanan problemlər həllini tapacaq. Türkiyə bu mənada dəstək verməyə hazırdır. Əlaqələrimizi inkişaf etdirmək üçün əməkdaşlıq yaratdıq. Yeni dönəm olacaq”, - Ərdoğan bildirib.
Venesuela lideri də öz növbəsində Türkiyə tərəfi ilə 5 müqavilənin imzalandığını qeyd edib:
“Biz Türkiyə-Venesuela əlaqələrində yeni çağ yaratmaq istəyirik. Biz fərqli dünyaya inanırıq. Daha yaxşı dünyaya inanırıq. Biz dünyanın yeni dönəmini müəyyən edirik. Bütün dinlərin dəyər gördüyü dünyada yaşamaq istəyirik”.
Qeyd edək ki, bir müddətdir Venesuelada siyasi böhran yaşanır.