Ərdoğan və Tramp Türkiyədə görüşəcək

Baxış sayı:
4999

Adının açıqlanmasını istəməyən üst səviyyə bir Türk rəsmisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trampın yaxın zamanda bir araya gəlib, üz-üzə görüşəcəklərini ifadə edib.
 
“Reuters”-in xəbərinə görə, iki lider Türkiyədə, ya da gələn ay Yaponiyada keçiriləcək G-20 zirvəsi əsnasında görüşə bilər. Adının açıqlanmasını istəməyən Türk rəsmisi Ərdoğanın Trampı Türkiyəyə dəvət etdiyini və Trampın dəvəti qəbul edəcəyinə dair ‘müsbət siqnallar' olduğunu söyləyib.
Səlahiyyətli "İndi səfərin təqvimi üzərində işləyirik. Bəzi müsbət siqnallar aldıq, ancaq konkret zaman hələlik müəyyən olunmayıb. Yaponiyadakı G-20 çərçivəsində də görüşə bilərlər. İkili ziyarət üçün qəti bir tarix gözləyirik" deyib.
Müxalifət.az