Ərdoğan və Putin “Türk axını” qaz boru xəttinin açılışını edir

Baxış sayı:
2839

Rusiya təbii qazını Türkiyə və bu ölkə üzərindən Avropaya nəql edəcək “Türk axını” qaz boru xəttinin açılış mərasimi başlayıb.
Muxalifet.az "Hurriyet"ə istinadən bildirir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, həmçinin, Serbiya dövlət başçısı Aleksandr Vuçim və Bolqarıstan Prezidenti Boyko Borisov da iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanı isə Energetika naziri Pərviz Şahbazov təmsil edir.
Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Türk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd.kubmetrdir.
Muxalifet.az