Ərdoğan və Putin bir araya gəldi - BERİLİNDƏ
19-01-2020 18:45
Baxış sayı:
3747

Berlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş olub.
"Anadolu" agentliyi xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı münasibətlərlə yanaşı regiondakı münaqişələr müzakirə edilib. Dövlət başçıları bildiriblər ki, Ankara və Moskvanın səyləri nəticəsində Suriyada və Liviyada gərginliyin aradan qaldırılması üçün vacib addımlar atılıb.
Qeyd edək ki, Ərdoğan və Putin Liviya münaqişəsinə dair toplantıda iştirak etmək üçün Berlində səfərdədir.