Ərdoğan və Putin arasında İdlib anlaşması - MOSKVA GÖRÜŞÜNÜN ŞOK DETALLARI / Video, Yenilənib

Baxış sayı:
4495

Muxalifet.az xəbər verir ki, Moskva zirvəsində Ərdoğan və Putin arasında 3 bəndlik İdlib anlaşması əldə olunub. 

Qeyd edək ki, dövlət başçıları təkbətək görüşdən sonra mətbuat konfransı keçiriblər.

Açıqlama zamanı bildirilib ki, dövlətlər arasında anlaşma əldə olunub və bu gecədən etibarən İdlibdə atəşkəs qüvvəyə minəcək.

Hər iki prezident qeyd edib ki, Suriya məsələsində fikir ayrılıqları olsa da, ortaq yol tapmağa çalışırlar və terrora qarşı birlikdə mübarizə aparırlar. Onların hər ikisi Suriyanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Bu barədə daha ətraflı aşağıdakı videoda:

***

Rusiya və Türkiyə prezidentlərinin təkbətək görüşü başa çatdı - YENİLƏNİB, VİDEO

Rusiya və Türkiyə prezidentləri 3 saat təkbətək görüş keçiriblər.

 

 Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

***

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

"RİA Novosti" bildirir ki, görüş təkbətək formatda keçirilir.

Putin görüş öncəsi açıqlamasında bildirib ki, İdlibdəki vəziyyət kəskinləşib və bizim birbaşa müdaxilə etməyimizi tələb edir.

“Suriyada həyatını itirən Türkiyə əsgərlərinə görə başsağlığı veririəm. Telefon danışığında da dediyim kimi, heç kim türk hərbçilərinin vurulan bölgədə olduğunu bilmirdi. Təəssüf ki, Suriyanın da itkiləri var. Onlar son vaxtlar çox ciddi itkilər veriblər", – Putin bildirib.

Putin çıxışında Moskvanın Ankara ilə münasibətləri qiymətləndirdiyini deyib: “Sizinlə bu gün gərginləşən bütün vəziyyəti mütləq müzakirə etməliyik ki, heç nə təkrarlanmasın və Rusiya-Türkiyə münasibətlərinə zərər vurmasın. Mən bilirəm ki, siz də çox diqqətlisiniz, bunu qiymətləndiririk”.

Ərdoğan isə öz növbəsində qəbul edəcəkləri qərarların bölgədə sabitliyə aparacağını ümid etdiyini vurğulayıb: “Bölgədə ciddi problem mövcuddur. Bu gün burada atacağımız addımlar həm bölgəni, həm də ölkələrimizi rahatladacaq. Türkiyə-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğu dövrü yaşayırıq. İstər müdafiə sənayesində, istərsə də ticarət əlaqələrində əməkdaşlığımız irəliləyib. Və bu əlaqələri daha da inkişaf etdirmək bizim ən başlıca məqsədimizdir. Mən bunun öhdəsindən gələcəyimizə inanıram”./Virtualaz.org