​"Ərdoğan və Putin ABŞ-ı geri çəkilməyə vadar edir"

Baxış sayı:
1447

Rusiya və Türkiyənin İdlibdə silahsız bölgə yaratması ABŞ-ı Suriyada məsuliyyətsiz addım atmaqdan çəkindirəcək.
Muxalifet.az xəbər verir ki, bunu Pentaqonun sabiq analitiki polkovnik Karen Kviatkovski söyləyib.
O, hazırda qorunan ərazinin “silahlardan təmizlənmiş bölgə” kimi adlandırılmasının hücumların qarşısını aldığını bildirib.
Analitik Rusiya ilə Türkiyənin bu addmının ABŞ və İsrailin Suriya idarəçiliyinə qarşı mübarizə aparan müxalifləri dəstəkləməsini çətinləşdirəcəyini deyib:
“Əgər təhlükəsizlik səviyyəsi ABŞ-ın Suriyadakı mövcudluğunun gərəkli olmadığı barədə qərar verəcəyi həddə çatarsa, Prezident Donald Tramp ölkə xaricindəki qarşıdurmalara pul xərcləyəcəyinə dair vədlərini qismən yerinə yetirmiş olacaq”.