​Ərdoğan Tvitterdə rus dilində paylaşım etdi

Baxış sayı:
6685

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında rus dilində paylaşım edib.
Muxalifet.az xəbər verir ki, paylaşım bu gün təməli qoyulan Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı olub.
“Akkuyu Atom Elektrik Stansiyasının 2023-cü ildə istifadəyə verilməsi yolunda birlikdə çalışmağa davam edəcəyik. Biz Rusiya ilə regional müstəvidə əməkdaşlığımızı hər gün daha da artırırıq”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, bu gün Ərdoğan və Putin Akkuyu AES-in təməlini qoyub.