​Ərdoğan Türkiyə, Rusiya və İran müttəfiqliyindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriya probleminin həllində xeyli irəliləyişin olduğunu bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ərdoğan Balıkəsir əyalətində hakim Ədalət və İnkişaf Partiyasının deputatları qarşısında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, problemin həllində Türkiyə, Rusiya və İrannın rolu böykdür.
“Suriya problemi həll edilmək üzrədir. Burada əsas rolu Türkiyə, Rusiya və İran oynayıb. Bundan sonra da Türkiyə, Rusiya və İran Suriyadakı vəziyyətlə əlaqədar mütəmadi danışıqlar aparacaqlar”, - deyə Ərdoğan bildirib.
Ərdoğan əlavə edib ki, Suriyada humanitar böhrana son qoymaq üçün prinsipial razılığa nail olub: “Biz mütəmadi olaraq bu görüşləri həyata keçirəcəyik. Hər ay görüşlər təşkil olunacaq. Ayda bir, yaxud iki dəfə danışıqlar aparacağıq. Ümid edirəm ki, Suriya yaşayan insanlar ən yaxın zamanda qərarlarımızın nəticəsini hiss edəcəklər”.
 
Qeyd edək ki, noyabrın 22-də  Soçidə Rusiya, Türkiyə və İran prezidentləri arasında Suriya nizamlanmasına dair görüş keçirilib.