Ərdoğan: "Türkiyə lazım gəlsə ordusunu Liviyaya göndərəcək"

Baxış sayı:
8377

Prezident Ərdoğan, beynəlxalq birliyin rəsmi Liviya hökuməti kimi tanıdığı Tripolidəki Milli Saziş Hökumətinin tələbi ilə Liviyaya hərbi kontingent göndərməyə hazır olduğunu açıqladı. O, tezliklə rusiyalı həmkarı Vladimir Putinlə Moskvanın istefada olan general Xəlifə Haftarın ordusunu dəstəkləməsi məsələsini müzakirə edəcəyini vurğuladı. Muxalifet.az bu barədə "Al Jazeera"-ya istinadla xəbər verir. Ərdoğan, TRT kanalına verdiyi müsahibədə Türkiyənin beynəlxalq çərçivədə hüququndan istifadə etdiyini və Aralıq dənizi bölgələrinin delimitasiyası ilə əlaqədar Liviya ilə Memorandum imzaladığını söylədi. O, əlavə etdi ki, Türkiyə ilə Liviya Aralıq dənizinin şərqində birgə neft kəşfiyyatı işləri apara bilər. Həmçinin, öz tərəfindən Yunanıstanın Baş naziri Kyriakos Mitsotakisa Ankaranın dialoq kanalını açmağa hazır olduğunu bildirdi. Yunanıstanın Liviya səfirinin qovmasının beynəlxalq qalmaqal olduğunu, bu addımın Afinaya baha başa gələcəyini bildirdi . Ərdoğan Liviya hökuməti ilə imzalanan sənədin beynəlxalq çəkisinin olduğunu və iki dövlətin hüquqlarını qorumaq üçün qəbul olunduğunu təsdiqlədi. Habelə memorandumun mətnini BMT-yə göndərdiyini də söylədi. Türkiyə prezidenti qeyd etdi ki, dəniz sərhəd zonasının müəyyənləşdirilməsi ilə bağlı Liviya - Türkiyə Memorandumu Yunanıstan və Kiprin Türkiyənin Aralıq dənizinin şərqinə sıxmaq və təcrid cəhdlərinə ən yaxşı cavabdır. O, tezliklə arsenalda daha bir kəşfiyyat gəmisinin olacağını və yalnız Qara dənizdə deyil, beynəlxalq sularda və Aralıq dənizi sularında da iş aparacağını qeyd etdi. Prezident vurğuladı ki, digər beynəlxalq oyunçular Ankaranın razılığını almadan Liviya ilə razılaşmaya əsasən Türkiyəyə aid ərazilərdə kəşfiyyat apara bilməyəcəklər. O, belə izah etdi: "Cənubi Kipr, Misir, Yunanıstan və İsrail Türkiyənin razılığı olmadan bu bölgədən təbii qaz nəqli xətti qura bilməzlər. Bu mövzuda yumşalma olmayacaq. Etdiyimiz hər şey beynəlxalq dəniz qanunlarına zidd deyil". Misir parlamentinin spikeri Əli Abdel ölkəsinin heç bir xarici ölkəyə Liviya ilə qərb sərhədlərinə müdaxilə etməsinə icazə verməyəcəyini söyləyərək, bütün Misirlilərin, Türkiyə - Liviya arası dəniz zonalarının ayrılması ilə bağlı imzalanan anlaşma memorandumunu rədd etdiyini vurğuladı. Əli Abdel Misirin Tobrukdakı Liviya parlamentini və istefada olan general-mayor Xəlifə Haftarın ordusunun terrorçu qruplara müqavimət göstərmələrini dəstəkləyir. Muxalifet.az