Ərdoğan Trampla Suriya məsələsini müzakirə etdi

Türkiyə prezidenti Ərdoğan Almaniyanın Hamburq şəhərində keçirilən "G20" zirvəsində iştirak edir.
 
Ərdoğan sammit çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb. İki lider Suriya böhranını müzakirə edib.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Kanadanın baş naziri Castin Trüdo da iştirak edib. Liderlər Suriyada baş verən böhranı və miqrant problemini müzakirə ediblər.