Ərdoğan Trampla olan DİALOQUNU ANLATDI..

Baxış sayı:
2680

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, “Zeytun Budağı” Hərəkatından əvvəl ABŞ prezidenti Trampla aralarında keçən dialoqu söyləyib.
 
TRAMP "GENERALLAR ATDIĞINIZ ADDIMI UYĞUN GÖRMÜRLƏR " DEYİB
 
“Biz 15-16 may 2016-cı ildə Amerika səfərimdə cənab Tramp ilə ikitərəfli görüşüm oldu. O görüşlərdə ona “Gəlin terrorçulara qarşı bu işi bir yerdə aparaq” - dedim. Baxdım ki, bunlar başqa xəyalların içindədirlər. Dedilər ki, “Mənim generallar sizin hazırda atdığınız addımı uyğun görmürlər. Sizin və Azad Suriya Ordusunun sayını da yetərli görmürlər. Düşünürlər ki, bu sayla PYD, YPG ilə mübarizə edə bilməzsiniz”.
 
ƏRDOĞANIN CAVABI: BİZ SİZƏ ACIYIRIQ
 
“Mən, “orada PYD, YPG ilə mübarizə aparmağı qoyun bir kənara, siz yalnız hava dəstəyi verin, biz işi bitirərik” dedim. Amma “biz sizə üzülürük”, dedim. Çünki terrorçularla əl-ələ vermisiniz. Hazırda girdiyiniz yolda YPG, PYD ilə əl-ələ verməklə arxanızda çox ağır bir nəticə qoyursunuz. O zaman heyətlər arası görüş keçirirdik. Bütün heyət üzvləri buna şahiddir. “Tarix sizi bununla anacaq” dedim.
 
DEMƏK Kİ, BİZİM ƏSGƏRİMİZİN DAHA GÜCLÜDÜR
 
“Zeytun Budağı” Hərəkatında PYD, YPG ABŞ adına orada döyüşürdülər. Bunun nəticəsində nə oldu? Azad Suriya Ordusu qəhrəmancasına döyüşdü. Biz 60 şəhid verdik. Azad Suriya Ordusu 200-də çox şəhid verdi. Amma 3500-ə yaxın zərərsizləşdirilən terrorçu var. Demək ki, bizim o nöqtədə əsgərimizin gücü və orada olması daha məqsədəuyğundur".
 
TERRORÇULARLA ƏMƏKDAŞLIQ EDƏRƏK NƏTİCƏ ALACAQLARINI GÜMAN EDİRLƏR, AMMA BUNLAR YPG-Nİ TANIMIRLAR
 
Ərdoğan, Amerikanın əsgərlərinin, generallarının onlara verdiyi məlumatın da yanlış olduğunu dilə gətirərək, “Çünki bunlar terrorçuları yaxşı tanımayıblar, PYD/YPG-ni yaxşı tanımayıblar. Terrorçularla əməkdaşlıq etməklə nəticə alacaqlarını güman edirlər, amma yanılırlar, çünki YPG terrorçularını tanımırlar” deyə, söyləyib.
 
Müxalifət.az