Ərdoğan Trampı başa saldı

Baxış sayı:
11362

Türkiyənin prezidenti  Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Ərdoğan Trampa dərs keçərək iki dövlət arasında münasibətlərin sosial media üzərindən deyil, ictimai maraqları da nəzərə alaraq sağlam ünsiyyətin əhəmiyyətinə toxunub.
 
Danışıqda Ərdoğan Trampa Suriyadan çəkilmə qərarını məmnuniyyətlə qarşıladıqlarını ifadə edib, Türkiyənin ABŞ-a hər cür dəstəyə hazır olduğunu bildirib.
Ərdoğan-Tramp telefon danışığında Suriyanın şimalında terrordan təmizlənmiş təhlükəsiz bir zona yaradılması fikri də müzakirə olunub.
 
TÜRKİYƏNİN KÜRDLƏRLƏ HEÇ BİR PROBLEMİ YOXDUR
 
 Prezident Ərdoğan Türkiyənin kürdlərlə heç bir probleminin olmadığını, milli təhlükəsizliyi təhdid edən terror təşkilatları ilə mübarizə məqsədi güddüyünü vurğulayıb.
Müzakirədə həmçinin ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyələrə qaldırılması məsələsi də razılaşdırılıb.
 Müxalifət.az