Ərdoğan Trampdan NƏYİ SORUŞACAQ?

Türkiyə prezidenti Ərdoğan, üçlü zirvədə Suriya üçün siyasi çözüm məsələsində razılaşdıqlarını deməklə, ABŞ-ın  hələ də bölgəyə ağır silah daşımasını da tənqid edib: “Nə etməyə çalışırsan?
 
 ANLAMAQ MÜMKÜN DEYİL
 
“Suriyada 6 il, 8 ay, 10 gündür davam daxili müharibədə silahların sustuğunun açıqlanması sizə görə daha nə qədər vaxt alır,” sulanına Türkiyə prezidenti belə cavab verib:
“Belə bir prosesdə, tarix müəyyən etmək mümkün deyil. Məsələyə bir həll formasının  tapılmasının lazım olduğunu hər kəs qəbul edir. Önəmli olan bunu təmin edəcək konkret addımların atılmasıdır. Astana prosesilə müəyyən bir yol keçdik. Həll üçün hər kəs üzərinə düşəni yerinə yetirməlidir. Bu prosesdə ABŞ və koalisiya tərəfdaşlarının nə etdiklərinə, nə edəcəklərinə də baxmaq lazımdır. Bir tərəfdə həll üçün müəyyən addımlar atılarkən, digər tərəfdə isə ABŞ-ın Suriyaya demək olar ki, dörd min yük avtomobili zirehli texnika, tank, top, ağır silahlar daşıdığını görürük. Bunlar PYD-YPG-yə pulla gətirilən silahlar da deyil. ABŞ və koalisiya qüvvələri, silahlarla birlikdə bunlara kadr da verir. Son günlərdə PYD-YPG-yə 120-ə qədər zirehli Hummer cipləri veriblər. Bunların Afrin tərəflərinə göndərildiyindən bəhs edilir. Bu olunanları anlamaq mümkün deyil. Bu arada, ABŞ prezidenti Tramp ilə bəlkə telefonla danışa bilərəm. Baxmayaraq ki, bu yaxınlarda Putin, Tramp ilə bu məsələləri telefonda müzakirə ediblər, amma bizim də ayrıca danışığımız yaxşı olardı. Qənaətləri nədir? Nə etmək istəyirlər? Özlərindən eşitsək yaxşı olar. Bu silahları hələ də hara və niyə gətirirlər, bir soruşaq. İŞİD deyirdilər, amma artıq İŞİD deyə bir şey qaldımı? Bölgənin İŞİD-dən təmizlədiyi deyilir. Əgər elədirsə, bəs onda bu silahları bölgəyə niyə göndərirsiniz? Hamburqda bizə "İŞİD-i biz oradan çıxarıb atdıqdan sonra, əlimizdə bunların seriya nömrələri var, biz bütün bu silahları toplayacağıq” demişdilər, topladılar, yoxsa? İndi Rakkada yeni bir bazanın yaradılması məsələsi var, bilirsiniz. Bu ABŞ-ın regiondakı 14-cü bazasıdır. Bütün bunları danışıb, onlarla bölüşmək istəyirəm. Digər məsələləri də bu münasibətlə onlarla müzakirə etmək istəyirik.”
Müxalifət.az