Ərdoğan Trampa MEYDAN OXUDU: “Sanksiyalara əməl etməyəcəyik”

Baxış sayı:
6196

"ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi düzgün deyil. Vaşinqton bununla dünyada balansı pozur"
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyası qarşısında çıxışından sonra jurnalistlərə açıqlamasında deyib. 
“Biz bu sanksiyaları doğru hesab etmirik. Bu addım dünyada balansın pozulmasına istiqamətlənib və beynəlxalq hüquqa ziddir. Biz imperialist dünyada yaşamaq istəmirik”, - deyə Ərdoğan bəyan edib. 
Türkiyə prezidenti onu da vurğulayıb ki, İrandan 10 milyard kubmetr qaz alan Ankaranın ABŞ sanksiyalarına əməl etmək fikri qətiyyən yoxdur. /Azvision/