“Ərdoğan Trampı razı sala bilər” – ABŞ mətbuatı yazdı

Baxış sayı:
11308

ABŞ mətbuatı Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemi alması mövzusunda ABŞ-ın üç fərqli sanksiya paketi üzərində çalışdığını yazıb. ABŞ prezidenti Trampın gələn həftə Yaponiyada təşkil ediləcək G-20 Zirvəsində prezident Ərdoğanla görüşdən əvvəl bir qərar vermək istəmədiyi qələmə alınıb. Ərdoğanın isə ABŞ prezidenti Trampı ətrafındakılardan fərqli düşünməyə sövq edərək S-400 satın almanın böyük bir problem olmadığına razı sala biləcəyi qeyd edilib. ABŞ-ın “Bloomberg” qəzeti Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemi alması ilə əlaqədar Tramp rəhbərliyinin üç fərqli sanksiya paketi üzərində çalışdığını yazıb. ÜÇ FƏRQLİ SANKSİYA PAKETİ ABŞ Milli Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirliyi və Xəzinə Nazirliyi səlahiyyətlilərinin üzərində dayandığı paketlərin ən sərtinin Türkiyə iqtisadiyyatına yönəlik bir sanksiya hazırlığı olduğu qeyd olunub. İkinci paketin "Türkiyəyə F-35 döyüş təyyarəsinin satışına maneə törədilməsi nöqtəsində hərəkətə keçilməsi" olduğu müəyyən olunarkən, son zamanlarda üzərində ən çox durulan üçüncü paketin isə, "Rusiyayla iş əlaqəsi quran təşkilatların sanksiya çərçivəsinə alınması" olduğu qələmə alınıb. Xəbərdə, ABŞ-ın Düşmənlərinə Sanksiyalarla Etiraz etmə Qanunu (CAATSA) çərçivəsinə alınacaq bu şirkət, ya da təşkilatların ABŞ-ın maliyyə sisteminə daxil olmasına əngəl olunacağı və ABŞ-lı istehsalçılardan detallarla bağlı heç bir şey ala bilməyəcəkləri, ya da ABŞ-lı şirkətlərə bir şey sata bilməyəcəkləri ifadə edilib. TRAMP G-20 ZİRVƏSİNDƏN ƏVVƏL BİR QƏRAR VERMƏK İSTƏMİR Türkiyənin ABŞ-dan gələn bu sanksiya təhdidlərinə qarşı dik dayandığı qeyd olunub və buna Vaşinqton rəhbərliyinə olan etimadın son illərdə qırıldığı ifadə edilib. ABŞ prezidenti Donald Trampın gələn həftə Yaponiyada təşkil ediləcək G-20 Zirvəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşmədən hər hansı bir qərar vermək istəmədiyi qeyd olunub. Xəbərdə yer alan məlumata görə, Ərdoğanın Trampı ətrafındakılardan fərqli düşünməyə sövq edərək S-400 satın almanın böyük bir problem olmadığına razı sala biləcəyinə inandığı yazılıb. Müxalifət.az