​Ərdoğan-Tramp görüşündə əslində NƏ BAŞ VERİB? - Gizlinləri ortaya çıxdı

Baxış sayı:
1035

Ötən həftə telefonla danışan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ prezidenti Donald Trampın danışıqlarının detalları ortaya çıxıb.
Muxalifət.az xəbər verir ki, bu haqda “Yeni Şəfəq” qəzetinin köşə yazarı Mehmet Acer yazıb.
Yazar qeyd edib ki, ABŞ hazırda çətin situasiya ilə üz-üzə qalıb.
“1. PKK-nı terror təşkilatı olaraq qəbul etdiyi halda, eyni terror təşkilatının Suriyanın şimalındakı qanadı PYD/YPG ilə etdiyi əməkdaşlıq Vaşinqtona baha başa gəlir.
2. PKK-nı dəstəklədiyi üçün Türkiyəni tamamilə itirmək qorxusu. Ankara bunun ola biləcəyini açıq şəkildə göstərdi.
3. Türkiyə daxilində Ərdoğan hakimiyyətini cəzalandırmaq üçün istifadə edə biləcəyi FETÖ kimi alətlərdən məhrum olması”, - deyə o bildirib.
M.Acer Ərdoğan-Tramp görüşünün ortaya çıxan yeni detallarının da ABŞ-ın çətin vəziyyətə düşməsinin bariz nümunəsi olduğunu qeyd edib: “Ərdoğanla Trampın telefon danışığından sonra Ağ Evin yaydığı bəyanat öncədən hazırlanmış idi. Əslində Vaşinqton elə göstərirdi ki, guya Tramp Ərdoğanla sərt şəkildə danışıb və ictimaiyyətə açşıqlanan bütün məsələləri müzakirə zamanı gündəmə gətirib. Ankara bunları təkzib edəndən sonra Vaşinqtonun yalanı üzə çıxdı və amerikalılar pis vəziyyətdə qaldı. ABŞ-ın milli təhlükəsizlik müşaviri McMaster “Biz həmin vaxt Davosda idik, buna görə də Ağ Evlə koordinasiya problemi yaşandı” deyərək, vəziyyətdən çıxmağa çalışdılar. Lakin bu görüşün bütün detallarından xəbərdar olan bir rəsmi şəxslə görüşdüm. Həmin şəxs bildirdi ki, “İki lider danışarkən, Ağ Evdə bəzi rəsmilər Ərdoğana çatdırması üçün Trampın önünə sürətli şəkildə qeydlər qoydular. Lakin Tramp bu qeydlərin hamısına etibar etmədiyi üçün, bəzilərini dilə gətirmədi. Belə olanda da Ağ Ev Trampın həmin qeydlərin hamısını Ərdoğana çatdırmış görüntüsü yaratdı və belə bir açıqlama verdi”. Əslində bu məlumat ABŞ-ın düşdüyü çətin vəziyyəti daha aydın şəkildə nümayiş etdirir”.