​Ərdoğan TEKNOFEST festivalına qatıldı

Baxış sayı:
1114

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalına (TEKNOFEST) qatılıb. Ayrı-ayrı bölmələrə baş çəkən dövlət başçısına TEKNOFEST barədə ətraflı məlumat verilib.
Muxalifet.az xəbər verir ki, İstanbulun Yeni Hava Limanında (İstanbul New Airport-İGA) keçirilən festivalda Türkiyənin qabaqcıl texnologiyalar, o cümlədən aviasiya, elektronika şirkətləri istehsal və istifadə etdikləri məhsulları, avadanlıqları nümayiş etdirirlər.
Festival çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”, Türk Hava Yollarının təyyarələri, eləcə də digər şirkətlər möhtəşəm uçuşlar həyata keçiriblər.