Ərdoğan Szinpinə Çin zülmündən danışacaq? - Pekin səfəri

Baxış sayı:
11221

Hökumət uyğurlar məsələsində son dərəcə ehtiyatlı davranır, təxribatlara aldanmır.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının rəsmisi Yusif Tuncər Prezident Rəcəb Tayyib Ərdoğanın Çinə səfər edəcəyini şərh edərkən bildirib.
Tuncər Ərdoğanın Çin sədri Si Szinpinlə görüşündə uyğur məsələsinin də gündəmdə olacağını söyləyib:
"Liderlərin görüşündə ehtimal edilən müzakirə məsələlərindən biri uyğurlardır. Sosial mediada çox aktiv fəaliyyət göstərən uyğur separatçılar "Ərdoğan Si Szinpinlə görüşəcək və uyğurlara qarşı edilən Çin zülmündən danışacaq", - bəyan ediblər. Ancaq hökumət bu kampaniyalara qarşı məsafəli davranır. Bundan əlavə, ötən həftə TBMM-də uyğurlarla bağlı məsələnin gündəmə gətirilməsini AKP və MHP rədd edib. Yaxın gələcəkdə də Türkiyədən Çinə qarşı müsbət yanaşma davam etdiriləcək".