​ƏRDOĞAN: "Suriyada hərbi əməliyyatlar keçirməyə tam haqqımız var"

"Türkiyənin Suriyada terrorçulara qarşı hərbi əməliyyatlar keçirməyə tam haqqı var".
Muxalifət.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bəyan edib ki, Türkiyə Suriya və İraq ərazilərində bütün terrorçuları məhv edəcək.
R.T.Ərdoğan bildirib ki, heç bir ölkə öz sərhədləri yaxınlığında terrorçular üçün dəhlizin yaradılmasına imkan verməz.