Ərdoğan: “Suriyada 1 milyon qaçqının məskunlaşması üçün hazırlıq görülür”

Baxış sayı:
829

“İndiyə qədər Türkiyədən 370 min nəfər qaçqın könüllü şəkildə Suriyada yaradılmış təhlükəsiz zonaya qayıdıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının nazirlər toplantısında çıxış edərkən deyib.
Ərdoğan bildirib ki, Suriyanın Rəsulayn və Telabyad bölgələrində 1 milyon nəfərin məskunlaşması üçün tikintiyə başlamaq üçün hazırlıqlar görülür.
O, indiyədək Türkiyənin suriyalı qaçqınlara 40 milyard dollardan çox vəsait xərclədiyini deyib, Avropanın ölkəsinə bunun üçün cəmi 3 milyard avro yardım etdiyini vurğulayıb.//APA