​ƏRDOĞAN SUİ-QƏSD CƏHDİNDƏN DANIŞDI - “Xəbər bizə qabaqcadan çatdı…”

Baxış sayı:
319

Bizə sui-qəsdlə bağlı məlumat verildikdən sonra MİT rəhbəri Hakan Fidana bir gün əvvəl Sarayevoya getməsini tapşırdım.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında yayılan sui-qəsd iddiaları barədə danışarkən deyib.
“Xəbər bizə qabaqcadan çatdı. MİT-ə dünyanın müxtəlif yerlərindən, kəşfiyyat idarələrindən daxil olan məlumat idi. Bundan sonra MİT dərhal işlərə başladı, həmkarları ilə əlaqə saxladı. Bölmələrini hərəkətə keçirdi. Mən də MİT rəhbərinə “Sən də bir gün əvvəldən get” dedim. Bir gün əvvəl getdi, tədbirlərimizi gördük. Sağ olsun Bakir bəy (Bosniya və Herseqovina Prezidenti Bakir İzzətbəyoviç) də lazımı tədbirləri gördü”, - Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bosniya və Herseqovinaya səfəri öncəsi kəşfiyyat təşkilatlarına Balkanlarda bir qrup türk əsilli vətəndaşın sui-qəsd hazırlığı görməsi ilə bağlı informasiya daxil olmuşdu.