Ərdoğan Səudiyyənin vəliəhd şahzadəsi bin Salmanla görüşə bilər

Baxış sayı:
9406

Türkiyənin prezidenti Ərdoğanın, Argentinada keçiriləcək G-20 Zirvəsində Camal Qaşıqçı cinayəti ilə gündəmdən düşməyən Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə bir araya gələcəyi öyrənilib.
 
Bu haqda “Reuters” xəbər agentliyi, Anadolu Agentliyinə əsaslanaraq xəbər yayıb. Xəbərdə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın, Argentinada keçiriləcək G-20 Sammitində Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə bir araya gələcəyi bildirilib.
Bu xəbəri Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın da təkzib etməyib. Qalın, "Proqrama baxacağıq, belə bir şey ola bilər" deyə bildirib.
Müxalifət.az