Ərdoğan son rəqəmi açıqladı: 3740 terrorçu...

Baxış sayı:
3139

“Fərat qalxanı” əməliyyatında dastan yazdıq. Afrində də dedik, dinləmədilər, terror təşkilatları ilə əməkdaşlıq etdilər. Biz də girdik.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Ordudakı konqresində çıxışında deyib.
"3740 terrorçu məhv edildi. Onları məhv edəcəyimizi əvvəldən demişdik. "Onlar qaçacaq, biz qovacağıq" dedik. Suriyaya qaçdılar, ordan da qovduq. Necə tunellər qazmışdılar. Onları o tunellərdə basdırdıq", - Ərdoğan qeyd edib.