​Ərdoğan “Əsədlə təmas mümkün ola bilərmi” sualına cavab verdi: “Siyasətin qapıları həmişə açıqdır”

Muxalifət.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən Türkiyə-Rusiya-İran sammitindən sonra Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib. “Ankara-Dəməşq arasında daha yaxın bir təmas, əməkdaşlıq ehtimalın düşünmək olarmı” sualının cavabında deyib: “Sizə də bəllidir ki, siyasətin qapıları son ana qədər həmişə açıqdır” .