​Ərdoğan Əsədə "qatil" deməsin, çünki... - SKANDAL AÇIQLAMA

Baxış sayı:
4573

Ərdoğanın davamlı olaraq Bəşər Əsədi tənqid etməsi, onu "qatil" adlandırması qəbuledilməzdir.
Muxalifət.az xəbər verir ki, bunu Türkiyə Vətən Partiyasının sədri Doğu Perinçək deyib.
“Türkiyə Suriya ilə işbirliyi quracağı təqdirdə etibarlı əməkdaş ola bilər. Əgər Ankara Dəməşqlə əməkdaşlıq etsə, nəinki Menbiç, bütün Suriya və İraqın şimalını əhatə edən təhlükəsizlik hərəkatında mühüm irəliləyişlər əldə edəcək”, - Perinçək bildirib.
Türkiyə mediası Perinçəkin bu açıqlamasını təqdim etməklə yanaşı, Bəşər Əsəd rejiminin davamlı olaraq Şərqi Qutada uşaq və qadınları qətlə yetirməsinə diqqət çəkib./axar/