Ərdoğan Sarkisyanı Türkiyəyə dəvət etdi

“Çanaqqalada şəhid olan əsgərlər arasnında ermənilər də olub”

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illliyinə ABŞ prezidenti Barak Obama və Ermənistan prezidenti Serj Sarkisyanı da dəvət edəcək.

ANS PRESS-in məlumatına görə, aprelin 23 və 24-də keçiriləcək görkəmli tədbir üçün prezident Ərdoğan və baş nazir Əhməd Davudoğlu 102 ölkə başıçısına məktub yollayıb.

Hökumət rəsmilərindən biri Sarkisyana göndərilən məktubda, “Çanaqqalada şəhid olan əsgərlər arasnında ermənilər də olub, birlikdə vuruşmuşuq” – fikri vurğulandığını deyib.