​Ərdoğan sabah Bakıya gəlir – TÜRK ŞURASI TOPLANIR

Baxış sayı:
810

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edək ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əsasını qoyan Naxçıvan Sazişinin 10-cu ilinə həsr olunmuş Zirvə görüşündə Özbəkistanın şuraya tam üzvlüyü təsdiq olunacaq. Muxalifet.az