Ərdoğan S-400 məsələsinə son noqtəni qoydu

Baxış sayı:
7087

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-Türkiyə arasında mübahisə predmeti olan S-400 havadan müdafiə sistemi ilə bağlı son fikrini bildirib.
 
Ərdoğanın S-400-lə bu sözləri söyləyib:
“S-400 mövzusunda, "Türkiyə bu sistemi alacaq" demirəm, "Türkiyə bu sistemi alıb” deyirəm"!
Belə bir sistemi biz ABŞ-dan istədikmi, istədik, verdinmi, vermədin! Hörmətli Obama dövründən etibarən biz bu işi başlatdıq. Konqres icazə vermirmiş kimi bəhanələrlə üzləşdik. Biz də təbii ki, belə olan halda başımızın çarəsinə baxacağıq.
 
"S-400-lər İNŞALLAH QISA ZAMANDA GƏLİR"
 
S-400-lər uyğun qiymətlə olmaqla yanaşı, ortaq istehsala da keçəcəyimizlə bağlı vəd alaraq müqaviləmizi imzaladıq. İnşallah qısa zamanda da gələcək”.
Müxalifət.az