Ərdoğan S-400-lə bağlı 2 suala cavab verdi

Baxış sayı:
11128

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 məsələsi ilə bağlı 2 sualı cavablandırıb. Ərdoğana "S-400 yalnız fövqəladə vəziyyətlərdə istifadə ediləcək? və Texnologiya transferi mövzusunda Rusiya ilə tam bir əməkdaşlıq edilirmi?" deyə 2 sual verilib. Ərdoğan bu suallara belə cavab verib: "Ortaq istehsal məsələsində bizim Rusiya ilə çətinliyimiz yoxdur və hörmətli Putin ilə bu işi ilk görüşməyə başladığımız andan etibarən bu mövzuda razılaşmamız var. Ortaq istehsala da inşallah keçəcəyik. Hər hansı bir çətinlik yoxdur. Bu fərziyyələr təəssüf ki, bizim S-400 alışından imtina etməmizi istəyənlərin irəli sürdüyü bir tezisdir". Qeyd edək ki, ötən həftə S-400-lərlə əlaqədar olaraq ‘Sülh zamanlarında' S-400-lərin aktiv olmayacağı, yalnız fövqəladə vəziyyətlərdə aktiv ediləcəyi istiqamətində xəbərlər çıxmışdı. Ərdoğan bu fikirlə bağlı "Niyə belə bir ictimai fikir yaradırlar" deyə suala sualla cavab verib: "Bizə harada, necə lazımlı olsa, biz də bunu təbii ki, eyni şəkildə istifadə etmə imkanına, haqqına sahib olacağıq. Bu bir havadan müdafiə sistemidir. Belə olduğuna görə, əgər bəziləri bizə bir hücum etsə, bu hücum qarşısında biz də bu müdafiə sistemimizi dövrəyə soxacağıq". Müxalifət.az