​"Ərdoğan Rusiyaya tətbiq edilən sanksiyalara fikir vermir və..."

Baxış sayı:
3109

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın hərbi ixracat şirkəti "Rosoboronexport"a qarşı tətbiq edilən sanksiyalara baxmayaraq S-400 raket əleyhinə müdafiə sistemləri almaq məsələsində qətiyyətlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Kirill Semyonov söyləyib.
"Türkiyə NATO ölkəsi olmaqla, siyasətində rəngarənglik nümayiş etdirir. Ankara bəzi məsələlərdə müstəqil hərəkət edir. Ancaq Türkiyənin müdafiə sahəsində tam müstəqil olmadığı da məlumdur. Buna baxmayaraq, Türkiyə müxtəlif silahlardan istifadə etməyə hazır olduğunu da göstərir", - Semyonov qeyd edib.