Ərdoğan Rusiyaya gedir

Prezident Ərdoğan Rusiyaya gedir
 
Türkiyə prezidenti Ərdoğanın 13 noyabr tarixində Rusiyaya, 14 noyabrda isə Küveytə səfər edəcəyi bildirildi.
 Türkiyə prezidenti Ərdoğan 13 noyabr tarixində Rusiyanın Soçi şəhərinə səfər edəcək. Səfər çərçivəsində Ərdoğan Rusiya prezidenti ilə görüşəcək. Görüşdə əsasən Suriya və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi deyilir. İkili görüşmədə Dağlıq Qarabağ məsələsinin də müzakirə ediləcəyi gözlənilir. Bu haqda Türkiyə prezidenti hələ Bakıda səfərdə olarkən fikir bildirmişdi.
Prezident mənbələrindən verilən məlumata görə, Ərdoğan, 14 noyabrda da Küveytə səfər edəcək.
Müxalifət.az