​Ərdoğan: Qərb islamın gələcəyini məhv edir

Qərb ölkələri islam dünyasını parçalamağa cəhd edirlər.
Muxalifət.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Ticarət Komitəsinin iclasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Qərb islam ölkələrinə cinayətkarları ixrac edir:
“İslam dünyasının parçalanması ilə bağlı ssenari reallaşdırılır. Müsəlmanların dəyərləri və gələcəyi məhv edilir. Qərb islam ölkələrinə bütün cinayətkarları və quldurları ixrac etdi və bununla da öz gələcəyini təmin etməyə çalışdı. Qərbdə ümumbəşəri dəyərlər və demokratiyanın yerini islamofobiya, neonasizm və rasizm alıb. İslam dövlətlərinə silah satışı ilə bağlı çoxmilyardlı müqavilələrdən real gəliri kim qazanır? Müsəlmanlar arasında düşmənçilik kimə sərf edir? Regionda yeni sərhədlər kimə faydalıdır?”./axar.az/