Ərdoğan Qaşıqçı cinayətində Səudiyyə vəliəhdinə işarə etdi

Baxış sayı:
5002

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT ) konfransında çıxış edərək Qaşıqçı cinayətinə də tioxunub.
 
Ərdoğan konfransdakı çıxışında Qaşıqçı cinayəti ilə bağlı bunları söyləyib:
“Qısa bir müddət əvvəl mətbuat aləmindən məlum olan Camal Qaşıqçı-nın İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülməsi hadisəsi bir kənara atılacaq məsələ deyil. Məsələ hərtərəfli açıqdır. Bunun günahkarının kim olduğu da mənə görə bəllidir. Hadisənin işləndiyi  yer də bəllidir. Biz bizə göndərilən nümayəndələrə bunu soruşduq, bu 15 nəfərin içində cinayətkar var. Siz bilirsiniz. Bu cinayətkarı ortalığa çıxarmaqda da mahirsiniz. Verdikləri cavab, 18 nəfəri biz həbs etdik, daha sonra 22-yə çıxarmışıq. İndi günahkarı ortaya çıxarın. Əvvəl bu cinayəti Türkiyəyə yıxmağa çalışdılar. Əməliyyatları keçirəndən sonra çıxıb dedilər ki, yalandır. Bu adi bir insan deyil, qələmi olan bir insandır. Oradan nişanlısını almadan getməsi mümkün deyil. Daha sonra irəli getdilər, yerli işbirlikçi ilə bunu etdik, dedilər. Bəs kimdir bu yerli işbirlikçi, bunu deyin. Bunu demədikləri dedilər və belə bir ifadə işlətməmişəm deyərək yenə yalan söylədilər.
Biz qətlin səsyazmalarından öyrəndik ki, edam üçün gələnlərin içində bu andakı vəliəhd şahzadənin ən yaxınında olanlar bu işin içində fəal rol alanlardır. Hər şey gün üzünə çıxır.”
Müxalifət.az