Ərdoğan “Qaşıqçı” cinayəti ilə bağlı bütün detalları açıqladı – SƏUDİYYƏYƏ YENİ TƏKLİF

Baxış sayı:
4171

Türkiyənin prezidenti Ərdoğan bu gün Məclisdəki qrup tonlatısında çıxış edib. Ərdoğan, çıxışında bütün dünyanın diqqətində olan Qaşıqçı cinayətini də açıqlayıb.
 
Ərdoğanın cinayətlə bağlı açıqlaması:
“Qrup toplantısındakı çıxışımızın bu hissəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürüldüyü dəqiqləşən Qaşıqçı cinayəti ilə bağlı ətraflı qiymətləndirmə aparmaq istəyirəm.
Camal Qaşıqçı evlilik əməliyyatları üçün Səudiyyə Ərəbistanı konsulluğuna gedir. Qaşıqçı-nın bu səfərinin xəbər verildiyi başa düşülür. Hazırlıq işlərinin ölkələrində keçirildiyi də anlaşılır.
Əməliyyatdan bir gün əvvəl 16:30-da 3 nəfərlik bir qrup otelə yerləşdikdən sonra konsulluğa gedir. Digər bir dəstə də Belqrad meşə massivində və Yalovada kəşflər aparır.
Ümumilikdə 15 nəfərdən ibarət olan bu dəstə ayrı-ayrılıqda gəlib, baş konsulluqda görüşür.
Əvvəl Baş Konsulluğun hard diskində kamera görüntüləri yox edilir. Axşam saat 17:50-də ölkəmiz rəsmi orqanlarına Qaşıqçı-nın zorla saxlandığına dair bildiriş gəlir.
Vyana konvensiyası də artıq müzakirə ediləcək. İlk əvvəl baş konsulluq işçiləri haqqında əməliyyat aparılmır.
Araşdırma ilə müxtəlif təyyarələrlə 15 Səudiyyə vəzifəlisiin və Ədliyyə Tibbi qurumunun rəhbərinin ölkəmizə gəldiyi və daha sonra xüsusi təyyarələrlə ölkəmizdən ayrıldığı müəyyən edilir.
Dublyor və yanındakı şəxsin də axşam Ər-Riyada hərəkət etdiyi görünür. Ər-Riyad əvvəl iddiaları tamamilə rədd edir. Baş konsul “Reuters” müxbirinə 6 oktyabrda özünü müdafiə etməyə çalışır.
Hadisə günü konsulluqda çalışan personal bir otaqda nəzarət bəhanəsi ilə otaq da saxlanılır. Digər kadr qrupuna da icazə verilir.
 Bu hadisə İstanbulda baş verib. Məsuliyyət məqamındayıq, mühakimə etmək haqqımızdır. Heç kimi şübhə altında qoymamaq üçün araşdırmaların yekununu gözlədik.
 
"Ertəsi gün də baş konsul vəzifədən alındı"
 
Krala ilk telefon danışığımız zamanı hadisəni danışdım. Birgə işçi qrupu qərarımızı çatdırdım. Krala baş konsulun çatışmamazlığını çatdırdım, kral da eyni şeyi söylədi. Ertəsi gün də baş konsul vəzifədən alındı.
Sonra Kralın göstərişi ilə Baş Konsulluq binasına girən araşdırma qrupumuz burada müxtəlif araşdırmalar aparıb.
Səudiyyə Ərəbistanının cinayətin qəbulundan sonra hadisəyə qarışdığı bildirilən 18 nəfərin bu an həbs olunduğunu mənə dedilər. Türkiyə olaraq prosesi dövlət ciddiyəti ilə beynəlxalq hüquqa uyğun aparmışıq. Sərhədlərimiz içində işlənən cinayətin bütün ölçüləri ilə araşdırılma vacibliyini yerinə yetirəcəyik.
 
"Qaşıqçı-nın vəhşi bir cinayətə qurban getdiyini göstərir"
 
21 oktyabrda ABŞ prezidenti Tramp ilə geniş telefon danışığı apararaq hadisənin açılması mövzusunda razılaşdıq.
Bu ana qədər ortaya çıxanlar Camal Qaşıqçı-nın vəhşi bir cinayətə qurban getdiyini göstərir.
Cinayətin planlı bir şəkildə işləndiyinə dair güclü dəlillər var. Qətl günü bu 15 nəfər niyə İstanbulda toplanmışdır? Bu adamlar kimdən əmr almışdır? Baş konsulluq binası niyə günlər sonra açılmışdır? Öldürüldüyü rəsmən qəbul edilən bir nəfərin cəsədi niyə hələ də ortada yoxdur?
 
Kimdir bu yerli işbirlikçi?
 
Cəsədin yerli işbirlikçisinə verildiyi iddiası doğrudursa, bu yerli tərəfdaş kimdir? Sıradan biri bu yerli işbirlikçi ilə bağlı bəhs etmir. Səudiyyə Ərəbistandan səlahiyyətli bir şəxs bundan danışır. Elə isə bu işbirlikçisini açıqlamaq məcburiyətindəsən.
Heç kim bu sualları cavablandırmadan məsələnin üzərinin bağlanılacağını də düşünməsin.
Hadisəni bir neçə təhlükəsizlik işçisinin üzərinə yıxmaq bizi və beynəlxalq ictimaiyyəti qane etmir.
 
Səudiyyə Ərəbistanına müraciət
 
Buradan indi bir çağırış etmək istəyirəm. Bu müraciətim Səudiyyə Ərəbistan kralı və üst rəhbərliyinədir. Hadisənin cərəyan etdiyi yer İstanbuldur. Həbs olunan bu 18 nəfərin mühakimə olunmasının İstanbulda keçirilməsi təklifimdir. Təqdir özlərinindir.
Müxalifət.az