Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsi barədə müzakirələr aparacaq

Türkiyə elektrik avtomobili istehsal edəcək.
Muxalifet.az “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ərdoğan Azərbaycana səfərindən sonra bildirib. Onun sözlərinə görə, Türkiyənin 5 şirkəti hazırda bu iş üzərində çalışır.
“Hazırda bu istiqamətdə iş aparılır. Türkiyənin 5 şirkəti birləşərək, elektrik avtomobili istehsalında çalışacaq”, - deyə Ərdoğan bildirib.
Türkiyə rəhbəri jurnalistlərin Dağlıq Qarabağ münaqişəsilə bağlı verdikləri suala da cavab verib. Onun sözlərinə görə, Türkiyə həmişə olduğu kimi, yenə də bu problemin həllində Azərbaycanın yanındadır: “Türkiyə Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycan tərəfində olub və bu belə də davam edəcək. Lakin bu məsələdə Rusiyanın da rolu böyükdür. Mən Rusiya preidenti Vladimir Putinlə görüşəcəm. Bu görüş zamanı məsələ barədə danışacağıq. Bu münaqişənin həlli Azərbaycanla yanaşı, həm də regionun inkişafı üçün önəm daşıyır”.