Ərdoğan Putini və Trampı üstələdi: BBC açıqladı

Baxış sayı:
14641

 “BBC” 11 Ərəb ölkəsində 25 min gənc arasında sorğu aparıb. Gənclərin yarıdan çoxu ideal olaraq Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı gördüklərini söyləyib. Ən böyük təhdid olaraq isə İsrail göstərilib.
 
2018-2019 illər arasında Tunis, Əlcazair, Sudan, Fələstin, Mərakeş, Misir, İordaniya, Livan, İraq, Yəmən və Liviyada 25 min gənc arasında aparılan araşdırmaya “Ərəb Barometr” adlı araşdırma şirkəti liderlik edib.
Dindarlıq üzrə soruşulan suallara verilən cavablara görə, Ərəb gənclər arasında özünü dindar olaraq görməyənlərin sayı artır. Araşdırmanın 2013 rəqəmlərinə görə, edilən müqayisədə özünü dindar olaraq görməyənlərin sayı 8 faizdən 13 faizə çıxarkən, Ərəb gənclərin 87 faizi isə dindarlığını mühafizə edir.
 
ƏRDOĞAN PUTİN VƏ TRAMPI ÜSTƏLƏDİ
 
Araşdırmanın ən diqqət çəkən nəticəsi isə ən çox bəyənilən liderlər sualından çıxıb. Bu suala cavab verən gənclərin 51 faizi ən çox bəyəndiyi lider olaraq Rəcəb Tayyib Ərdoğanı göstəriblər. 28 faizi Rusiya prezidenti Putini, 12 faizi isə ABŞ prezidenti Donald Trampı bəyəndiklərini deyiblər
 
ƏN BÖYÜK TƏHDİD OLARAQ İSRAİLi GÖRÜRLƏR
 
Ərəb gənclər özlərinə ən böyük təhdid meydana gətirən ölkə olaraq isə İsraili göstərib. İraq və Tunisin gəncləri isə ABŞ-ı böyük təhdid olaraq gördüklərini bəyan edib. Livan, Fələstin, Sudan və İraqda isə Səudiyyə Ərəbistanını təhdid olaraq görən gənclər də diqqət çəkib.
Müxalifət.az