​Ərdoğan Putin və Trampla görüşəcək

Baxış sayı:
4900

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında ikili görüş keçiriləcək.
Muxalifet.az xəbər verir ki, Ərdoğanın G20 sammiti çərçivəsində Trampla bu gün saat 20:20-də ikinci dəfə görüşəcək. Türkiyə liderinin daha sonra rusiyalı həmkarı Putinlə görüşü gözlənilir. Bundan əlavə, Ərdoğan Yaponiya və İngiltərənin baş nazirləri ilə bir araya gələcək.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti sammit çərçivəsində ABŞ-lı həmkarı ilə ayaqüstü görüşərək söhbətləşib.