Ərdoğan-Putin görüşünün DETALLARI AÇIQLANDI – “...hansı addımların atılacağını müzakirə edəcəyik”

Baxış sayı:
355

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
 
Muxalifet.az “Reuters”-ə istinadla xəbər verir ki, görüş haqda açıqlama verən Ərdoğan gələn həftə Putinlə Suriyanın şimal-şərqində planlaşdırılan "təhlükəsiz zona”da hansı addımların atılacağını müzakirə edəcəklər.
 
Türkiyə prezidenti, həmçinin, ABŞ-ın dövlət başçısı Donald Trampla danışıqlarının, NATO müttəfiqləri Türkiyəni Suriyanın şimal-şərqindəki hücumlarını dayandırmağa razılaşdıqdan sonra, kürd döyüşçülərinin bölgəni tərk etməsinə icazə vermək üçün münasibətlərdə "yeni bir səhifə" açacağını söyləyib.
 
Ərdoğan əlavə edib ki, Trampın ətrafı onun problemin həllinə müsbət yanaşmalarını dəstəkləyərsə, Ankara ilə Vaşinqtonun Suriya məsələsində birgə səyləri daha effektli olacaq.
 
"Amerikalı həmkarım Trampla telefonla lazımi danışıqlar apardığımız kimi, Türkiyə-ABŞ münasibətlərində yeni bir səhifə  açmağa təkan verəcək şəxsi görüşlər də keçirəcəyik", - deyə Ərdoğan bildirib.
 
"Trampın ətrafındakıların onun müsbət yanaşmasını dəstəkləməsi  işimizi asanlaşdıracaq", - deyə prezident jurnalistlərə bildirib.
 
Muxalifet.az