Ərdoğan-Putin görüşü olacaq – KREML AÇIQLADI

Baxış sayı:
2368

Kremlin sözçüsü Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 7-də İranın paytaxtı Tehranda görüş keçirəcəyini açıqlayıb.
 
Peskov, jurnalistlərə verdiyi açıqlamada daha öncə İranın Təbriz şəhərində keçiriləcəyi bildirilən Rusya-İran-Türkiyə liderlər zirvə toplantısının Tehranda keçiriləcəyini bildirib. Peskov, məlumatın İran tərəfindən gəldiyini qeyd edib.
Putin və Ərdoğanın 7 sentyabrda üçlü zirvə görüşü zamanı ikitərəfli görüş keçirəcəyi məlumatını təsdiqləyən Peskov, bu görüşün məzmununu "ənənəvi" olaraq qiymətləndirib.
Qeyd edək ki, Suriya böhranının həllinə dair prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında keçiriləcək üçtərəfli liderlər zirvəsinin ilki keçən il Soçidə, ikincisi də aprel ayında Ankarada keçirilmişdi.
Müxalifət.az