​Ərdoğan-Putin görüşü ilə bağlı Kremldən AÇIQLAMA

Baxış sayı:
5783

Muxalifət.az xəbər verir ki, çərşənbə axşamı günü keçiriləcək Ərdoğan-Putin görüşündən əvvəl mühüm hadisələr baş verməkdədir. Rusiya prezidenti Vladimit Putin Suriyada prezident Bəşər Əsədlə görüşdükdən sonra, Kremldən rus lider ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşü ilə bağlı açıqlama verilib.
Kremldən verilən açıqlamada bildirilir ki, iki liderin görüşündə Suriya böhranının diplomatik yolla həlli məsələsinin müzakirə ediləcəyi və rus hərbçilərin Suriyadan çıxmasından sonra görüləcək işlər barəsində fikir mübadiləsinin aparılacağı bildirilir.
Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasında Ərdoğanla Putinin Beynəlxalq Dialoq Suriya Konqresinə hazırlıq üçün görüşəcəkləri bildirir.