Ərdoğan PKK RƏHBƏRLƏRİNİN TOPLANTISININ VURULDUĞUNU TƏSDİQ ETDİ

Baxış sayı:
1024

Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan, Qəndilə qarşı son əməliyyatlarda separatçı terror təşkilatına məxsus rəhbərliyin keçirdiyi toplantı mərkəzinin vurulduğunu bildirərək, "Hələ nəticəsini almamışıq, amma vurulduqları qətidir" deyib. Ərdoğan, "Sizə bir neçə gün ərzində yaxşı xəbərim var, dediyim də bu idi” deyə, bildirib.
 
Keçirilən əməliyyatlardan sonra izlənmə işinin dayanmadığını, kəşfiyyat işlərinin davam etdirdiyi vurğulayan Ərdoğan, bu məlumatları verib:
“Bu əməliyyatlar çərçivəsində yeni məlumatlar əldə etmişik. Yeni məlumatlar əsasında təkrar əməliyyatlar keçirdik. Bu son əməliyyatlarda orada çox vacib,PKK rəhbərliyinin toplantı keçirdiyi məkanı vurduq. İndi onların hələ nəticəsini almamışıq, amma vurulduqları qətdiri. Bunu ilk dəfə sizinlə bölüşürəm. Bəlkə bu axşam Silahlı Qüvvələrin saytlarında də dərc edəcəklər".
“Qəndildə keçirilən toplantıda vurulanlar arasında ciddi isimlər varmı" sualına isə Ərdoğan, "Biz bunu böyük ehtimal olaraq görürük" deyə, cavab verib.
Müxalifət.az