Ərdoğan Paşinyana zəng etdi: TÜRK GƏNC GERİ QAYTARILACAQ

Baxış sayı:
5245

16 yaşlı Qarslı Ümid Ali Özmən sərhədi pozduğu üçün 45 gündür Ermənistanda məhbus olmasına dair dünən “Hürriyyət” qəzetində xəbər dərc olunub. Ayrıca Ermənistanda həbsdə olan qardaşı üçün çox darıxdığını bildirən 8 yaşlı Bengü Nisa Özmən də prezident Tayyib Ərdoğana, "Tayyib dədə qardaşımı azad et" deyə müraciət edərək ağlayıb. Bundan sonra prezidenti Tayyib Ərdoğan hərəkətə keçib. Ərdoğan, Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək Ümid Alinin qaytarılmasını istəyib. Paşinyan da Ərdoğanın bu tələbinə müsbət cavab verib.
 

GƏNCİN ATASI DANIŞDI
 
Bununla bağlı danışan Ümid Alinin atası Mustafa Özmən bunları deyib: "Prezidentimiz xəbərdən sonra Ermənistanın baş nazirinə zəng edib. "Bu uşağı təhvil verin, deyib,o da öz Xarici İşlər Nazirliyinə zəng edərək məlumat istəyib. Sonra da prezidentimizə zəng edərək müsbət cavab verib. Mənə uşağımın bazar ertəsi və ya çərşənbə gününə qədər Türkiyədə olacağını dedilər. Çox şadıq. Uşağımı gözləyirəm".
Müxalifət.az