​Ərdoğan Parisdə: Danışıqlar olacaq

Baxış sayı:
205

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarəsi ilə Parisə gedib.
Muxalifet.az xəbər verir ki, Ərdoğan Fransaya Prezident Emmanuel Makronun dəvəti ilə I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr edilmiş tədbirdə iştirak etmək üçün 2 günlük rəsmi səfər edib. Həmçinin səfər çərçivəsində Ərdoğanın bir sıra ölkələrin liderləri ilə ikitərəfli danışıqlar aparması planlaşdırıldığı bildirilib.
Qeyd edək ki, Fransaya Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, sözçüsü İbrahim Qalın və Xarici İşlər naziri Mövlud Çavuşoğlu da səfər edib.