​Ərdoğan onları görüncə avtomobil karvanını saxlatdırdı - FOTO

Baxış sayı:
700

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədaxili səfəri zamanı İstanbulun Zeytunburnu sahilində vətəndaşlarla görüşüb.
Publika.az xəbər verir ki, prezident Yeniqapı Təhlükəsizlik Təşkilatı üzvləri ilə orucunu açmadan öncə açıq havada iftar süfrəsi açan sadə vətəndaşları görüncə özünün avtomobil karvanını saxlatdırıb.
Uşaqlara oyuncaq hədiyyələr verən Ərdoğan hər kəslə foto çəkdirib.
Onun bu addımı vətəndaşlar tərəfindən maraq və sevgi ilə qarşılanıb.