​Ərdoğan onlara həddini bildirir - Rusiyalı senator

Baxış sayı:
5359

Türkiyənin F-35 qırıcılarına alternativ olaraq Rusiyadan qırıcı alacağını söyləmək hələ çox tezdir. Lakin bu mövzu ilə bağlı mediada yayılan xəbərlər Vaşinqtona mesajdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı senator Vladimir Cabarov deyib.
“Rəcəb Tayyib Ərdoğan onlara (ABŞ-a) həddini bildirəcəyini göstərir. Lakin bu barədə danışmaq hələ çox tezdir”, - deyə senator bildirib.
Qeyd edək ki, “Blumberq” agentliyi Türkiyənin Amerika istehsalı F-35 əvəzinə Rusiyadan alternativ qırıcı ala biləcəyini yazmışdı.